"Zamanda geriyə səyahət" layihəmiz
19 May 2025 20:29

Şərqşünaslıq fakültəsinin könüllülərinin və "Odyssey" klubunun birgə təşkilatçılığı ilə keçirilən "Zamanda geriyə səyahət" layihəsi baş tutub.
Layihənin əsas məqsədi tələbələrin Azərbaycan tarixini və mədəni irsini dərindən öyrənməsi, eləcə də vətənpərvərlik ruhunun gücləndirilməsi olmuşdur. Təşkil olunan ekskursiya zamanı tələbələr muzey ekspozisiyaları ilə yaxından tanış olmuş, tariximizin müxtəlif dövrlərinə aid nadir əşyaları müşahidə etmiş, muzey əməkdaşlarından ətraflı məlumatlar almışlar.
Azərbaycan Milli Tarix Muzeyində tələbələrə ölkənin qədim dövrlərindən müasir dövrə qədər tarixi inkişaf mərhələləri barədə məlumat verilmiş, İstiqlal Muzeyində isə Azərbaycanın müstəqillik mübarizəsi və qəhrəmanlıq səhifələri təqdim olunmuşdur.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36