“Yəhudi etnoqrafik qrupları”
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Regionşünaslıq (İsrail üzrə) ixtisasının rus bölməsi üzrə I kurs tələbələrinin hazırladığı “Yəhudi etnoqrafik qrupları” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə tələbələr aşkenaz, sefard, dağ və mizrahi yəhudilərinin mənşəyi, tarixi və mədəni xüsusiyyətləri haqqında maraqlı təqdimatlarla çıxış etmiş, mövzuya dair slaydlar nümayiş etdirmişlər. Tədbirin sonunda tələbələr İsrailin ənənəvi toy mərasimindən kiçik səhnəcik təqdim etmişlər.
Tədbirdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, tədris işləri üzrə dekan müavini Tərlan Məlikov və elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə iştirak etmişdir. Sonda Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan və müəllimlər tələbələrin çıxışlarını yüksək qiymətləndirərək onlara uğurlar arzulamışlar.