Yaponiyanın Mext proqramı məzunu
1 Oktyabr 2024 18:58

Şəms Qənizadə - Şərqşünaslıq fakültəsindən Yaponiyanın Mext proqramı məzunu.
"Yaponiyada alacağınız 1 illik təhsil, sizin tələbəlik həyatınıza unudulmaz xoş xatirələr bəxş edəcəyindən əmin ola bilərsiniz".
"Mext proqramı vasitəsilə 1 il ərzində yapon dili və mədəniyyətini daha yaxından təcrübə etmək imkanım oldu. Gülərüz və mehriban müəllim kollektivinin keçdiyi maraqlı və ətraflı dərslər sayəsində yapon dilimi təkmilləşdirməyə nail oldum. Burada tələbələrin asudə vaxtını səmərəli keçirtməsi üçün hər bir şərait mövcuddur. Mən də asudə vaxtlarımı tələbələr üçün nəzərdə tutulmuş fəaliyyətlər çərçivəsində səmərəli və maraqlı keçirtdim. Tələbələr istənilən, yapon incəsənət növləri və ya döyüş sənətləri ilə də məşğul ola bilərlər. Proqram çərçivəsində təkcə Yaponiya və yaponlar haqqında deyil, birgə təhsil aldığım tələbələr vasitəsilə bir çox xarici ölkə və mədəniyyətləri haqqında öyrənmək şansım oldu. Eyni zamanda, xarici tələbələr ilə ünsiyyət qurmaq yapon dili bacarığımı daha da təkmilləşdirdi".
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36