Yapon dilində sifətlərin müqayisəli tədqiqi
Şərqşünaslıq fakültəsində növbəti elmi seminar keçirilmişdir. Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Nailə Əhmədova “Yapon dilində “i” -いvə “na” -なsifətlərinin müqayisəli tədqiqi” mövzusunda məruzə etmişdir. Məruzəçi yapon dilində predikativ və yari predikativ sifətlərin Azərbaycan dili ilə müqayisəli tədqiqi haqqında məlumat vermis, yapon dilində “i” və “na” sifətlərinin inkar, keçmiş və şərt formasının müqayisəli izahını vermişdir. Məruzəçi eyni zamanda qeyd etmidir ki, Azərbaycan dilində sifətin quruluşca sadə və düzəltmə növünün, yapon dilində isə feilin bir neçə növünün – predikativ (-i sifətləri), yarıpredikativ, predikativ olmayan sifətlərin mövcud olduğunu bildirmişdir.
Elmi seminar kafedra əməkdaşları, magistrant və tələbələrin diskussiyaları ilə davam etmişdir.