“Yapon dilçiliyində tərz kateqoriyasının təsnifatının xüsusiyyətləri”
-lg.jpg)
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində elmi seminar keçirilmişdir. Elmi seminarda Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Şəbnəm Mirqədirova “Yapon dilçiliyində tərz kateqoriyasının təsnifatının xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi yapon dilinin geniş mövzularından olan felin tərz kateqoriyası, feilin növləri haqqında məlumat verilmiş, ancaq əsasən feilin “te aru” ifadə şəkli geniş formada işıqlandırılmışdır. Həmçinin Azərbaycan dili ilə aydın formada verilən müqayisəli izah mövzunun daha anlaşıqlı olmasına zəmin yaratmışdır. Məruzədə geniş və aydın formada felin tərz kateqoriyasının düzəlmə qaydaları, onların işlənmə yerləri göstərilmişdir. Həmin mövzuda hər iki dilin oxşar cəhətləri olduğu kimi, fərqli cəhətlərinin də mövcud olması qeyd olunmuşdur.
Elmi seminar diskussiyalarla davam etmidir.