“Xocalı – Şahidlər danışır” kitabını urdu dilində
Şərqşünaslıq fakültəsi Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi və dissertantı Amalya Paşayeva tarix elmləri üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı İradə Əlilinin “Xocalı – Şahidlər danışır” kitabını urdu dilinə tərcümə etmişdir.
Kitabın təqdimatı 22 fevral tarixində Pakistan səfirliyinin təşəbbüsü ilə Pakistan Mədəniyyəti Mərkəzində keçirilmişdir. Tədbir Azərbaycanda Pakistanın fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Hayeenin açılış nitqi ilə başlayıb. Xocalı sakinləri Eldəniz Ağayev, Xatirə Mirzəyeva, Gülnar Kərimova, şəhid Qasım Məmmədhəsənovun atası - Bilal Məmmədhəsənov 32 il əvvəl Xocalıda baş verən hadisələri, ermənilərin törətdikləri vəhşilikləri ürək ağrısı ilə yada salıblar.
Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, tarix elmləri doktoru Eynulla Mədətli, BDU Şərqşünaslıq fakültəsinin dekanı dosent Aydan Xəndan, dekan müavini dosent Nigar İsmayılzadə, dosent Əsmədxanım Məmmədova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı, şair-publisist, Prezident təqaüdçüsü Azadə Novruzova, Fransada fəaliyyət göstərən UNESCO-nun Qlobal Gənclər Birliyinin Azərbaycan təmsilçisi, dosent Vəfa Abdullayeva-Nəbiyeva da iştirak etmişlər.