“Xocalı – qan yaddaşımız” adlı dəyirmi masa keçirilib
26 Fevral 2021 12:00
Şərqşünaslıq fakültəsində “Xocalı – qan yaddaşımız” adlı dəyirmi masa keçirilib.
25 fevral 2021-ci il tarixində Şərqşünaslıq fakültəsində Xocalı faciəsinin 29-cu ildönümü və faciə qurbanlarını yad edilməsinə həsr olunmuş “Xocalı – qan yaddaşımız” adlı onlayn dəyirmi masa keçirilmişdir. Dəyirmi masa faciə qurbanlarının xatirəsini əks etdirən videoçarxın nümayişi ilə başlamışdır. Bundan sonra, İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədova çıxış edərək, Xocalı faciəsinin tarixi əhəmiyyəti, fakültə tələbələrinin həmin tarixi dövrdə parta başından səngərlərə yol alması, xain düşmənin mənfur siyasəti və Vətən müharibəsində qazanılan uğurlar barədə söz açmışdır.
Sosial məsələlər üzrə dekan müavini Şahin Yusifli faciənin Azərbaycan gəncliyi üçün əhəmiyyəti, soyqırım qurbanlarının yad edilməsinin və həqiqətlərin dünyaya çatdırılmasının zəruriliyi, bu yolda tələbələrin sosial şəbəkələrdə aktivliyi barədə çıxış etmişdir. Çıxışın davamında “Xocalıya ədalət” kampaniyası barədə məlumat verilmiş, bu istiqamətdə əməli işin aparılmasının gənclərin çiyni üzərində olması xatırladılmışdır.
Ərəb filologiyası kafedrasının müəllimi Heybət Heybətov faciənin detalları, onun türk-müsəlman kimliyinin məhvinə yönəldilməsi barədə çıxış edərək, qətliamın XX əsr insanlıq tarixində amansızlığı ilə seçilməsi, məqsədli şəkildə bir xalqın məhvinə yönəldilməsindən danışmışdır. Çıxışda tələbələrə Xocalı qurbanlarının xatirəsinin daim xatırlanması, unudulmaması tövsiyyə olunmuşdur.
Türk filologiyası kafedrasının müəllimi Bənövşə Hacıyeva həmin dövr barədə qısa arayış verməklə, xalqımızın başına gətirilən müsibətlərdən söz açmış, faciənin işıqlandırılmasında beynəlxalq mətbuat orqanlarının fəaliyyəti, qardaş Türkiyə Cumhuriyyətində Xocalı faciəsinə olan münasibətdən danışmış, Xocalı qurbanlarının xatirəsi ilə bağlı əbədiləşdirilmiş parkların rəsmləri paylaşılaraq göstərilmiş, qardaş ölkədə faciənin detallarını əks etdirən yazılar barədə məlumat verlmişdir.
Fakültə müəllimlərinin çıxışları bitdikdən sonra, tələbələrə söz verilmişdir. Tələbələr Xocalı faciəsi barədə öz fikirlərini çıxışları və səsləndirdikləri şeirlər vasitəsi ilə ifadə etmişlər. Tədbir ümummilli lider Heydər Əliyevin Xocalı faciəsinə verdiyi tarixi qiymət və fikirlərlə yekunlaşdırılmışdır.
Son XƏBƏRLƏR
20.01.2025 | 21:51
BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib
16.01.2025 | 09:12
Tələbəmiz təşəkkürnamə ilə təltif olunub
24.12.2024 | 22:58
BDU rektoru Misir, Küveyt səfirləri və Qətərin müvəqqəti işlər vəkili ilə görüşüb
24.12.2024 | 09:04
18 dekabr - Beynəlxalq Ərəb Dili Günü”nə həsr olunmuş tədbir keçirilib
23.12.2024 | 22:54