“XIX–XX əsrlərdə Misirdə nəsrin inkişafı”

Şərqşünaslıq fakültəsində Ərəb filologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aynur Hüseynovanın təqdimatında “XIX–XX əsrlərdə Misirdə nəsrin inkişafı” mövzusunda elmi seminar keçirilmişdir. Tədbirdə kafedranın professor-müəllim heyəti, tələbələr və tədqiqatçılar iştirak etmişlər.
Seminarı Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı açaraq sözü məruzəçiyə təqdim etmişdir. Məruzəçi XIX–XX əsrlərdə Misirdə ərəb nəsrinin keçdiyi inkişaf mərhələləri barədə geniş məlumat verərək ərəb ədəbiyyatında publisistik məqalə, tarixi roman, novella, povest və roman kimi yeni nəsr formalarının meydana gəlməsindən bəhs etmişdir. O, həmçinin dünya şöhrətli misirli yazıçılar Taha Hüseyn və Nəcib Məhfuzun həyat və yaradıcılığına dair diqqətəlayiq məqamları seminar iştirakçılarının nəzərinə çatdırmış, onların ədəbi irsində realizm ənənələrinin təzahürünü təhlil etmişdir.
Çıxışın ardından Ərəb filologiyası kafedrasının müdiri, professor Vüqar Qaradağlı, professor Nəsrulla Məmmədov, professor Çimnaz Mirzəzadə və digər iştirakçılar mövzu ilə bağlı fikir və rəylərini bölüşmüş, məruzəçiyə suallar ünvanlamışlar.
Elmi seminar məruzə ətrafında aparılan müzakirələr və sualların cavablandırılması ilə yekunlaşmışdır.