”Cübran Xəlil Cübran irsinin müqayisəli təhlili”
13 May 2023 11:56

Şərqşünaslıq fakültəsində Ərəb filologiyası kafedrasının təşkilatçılığı ilə fakültənin məzunu Rəşad Həsənovun təqdimatında “Hüseyn Cavid və Cübran Xəlil Cübran irsinin müqayisəli təhlili” mövzusunda elmi seminar keçirilmişdir.
Tədbiri Ərəb filologiyası kafedrasının müdiri dos. Vüqar Qaradağlı açaraq Rəşad Həsənov haqqında seminar iştirakçılarına məlumat verdi, Rəşad Həsənovun bu ilin yanvar ayında Oman Sultanlığının Sultan Qabus Universitetində “Hüseyn Cavid və Cübran Xəlil Cübran yaradıcılığında qadın obrazlarının müqayisəsi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etməsini vurğulayaraq bu hadisənin Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi, ümumilikdə ölkəmiz üçün qürurverici bir hadisə olduğunu qeyd etdi, Rəşad Həsənovla görüşün, seminarın, onun öz təcrübəsinin ərəb bölməsinin tələbələri ilə bölüşməsinin çox faydalı olacağını vurğuladı. Daha sonra söz Rəşad Həsənova verildi. O, mövzu ilə bağlı auditoriya qarşısında çıxış etdi, öz təcrübəsini tələbələrlə bölüşdü, tələbə və müəllimlərin ərəb və Azərbaycan dillərində verilən suallarına cavab verdi. Sonda xatirə şəkilləri çəkildi.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36