“Xankəndinin keçmişi və gələcəyi: Tarixdən intibaha”
26 Oktyabr 2024 07:48

Şərqşünaslıq fakültəsində “Xankəndinin keçmişi və gələcəyi: Tarixdən intibaha” adlı tədbir keçirilib.
25 oktyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Xankəndinin keçmişi və gələcəyi:Tarixdən intibaha” adlı tədbir keçirildi. Tədbirdə Vətən müharibəsi iştirakçıları, fakültənin dekan müavini və birinci kurs tələbələri iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dekan müavini Şahin Yusifli, Xankəndi şəhərinin tarixi barədə çıxış etdi. Şəhərin tarixi, yaranma məqsədləri, sonrakı talehi və gələcəyi ilə bağlı danışdı. Sonra, 44 günlük Vətən Müharibəsinin iştirakçıları, Həsən Yaqubov və Pərvin Abdullayevə söz verildi. Müharibə iştirakçıları keçdikləri döyüş yolu, çətinliklər, xoşbəxt və çətin anlar daxil olmaqla döyüşlərdəki xatirələrdən danışdılar. Tələbələrin sualları əsasında geniş məlumat təqdim edildi. Daha sonra “ Xankəndinin keçmişi və gələcəyi “ və “Qarabağ Universiteti” ilə bağlı videoçarxlar nümayiş edildi. Fikir mübadiləsi bitdikdən sonra, görüş yekunlaşdırıldı.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36