VI Yapon Mədəniyyət Festivalın keçirilib
15 may 2022-ci il tarixində saat 13:00-dan 18:00-dək Bakı “Land Mark” Biznes Mərkəzində VI Yapon Mədəniyyəti Festivalı keçirildi. Festival yubiley ilinə, Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin yaradılmasının 30 illiyinə həsr edilmişdi. Festivalı Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Vada Cuniçi açdı. Səfir qonaqları Azərbaycan dilində salamlayaraq mədəniyyət festivalına gələn müsafirlərə xoş əhvali-ruhiyyə arzuladı. Natiq qeyd etdi ki, təşkilatçılar çalışıblar ki, festival yapon mədəniyyətinin əsas sahələrini əhatə etsin. Həmçinin səfir öz çıxışında onu da qeyd etdi ki, fesivalın özəlliyi ondadır ki, bütün stendlərin hazırlanması və tərtibatı azərbaycanlı yaponsevərlər tərəfindən yerinə yetirilmişdir.
Festivalda 10 qurum tərəfindən hazırlanmış stendlər və müsiqi təqdimatları nümayiş etdirildi. Azərbaycanda ilk və aparıcı yapon dili məktəbinin yaradıcısı Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi festivalda ən məhsuldar proqramla çıxış etdi.
Festivalda Şərqşünaslıq fakültəsinin stendlərinin hazırlanmasına və musiqi təqdimatlarına Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimləri və Yaponşünaslıq ixtisasının tələbələri müəlliflik etdilər. Tədbirin proqramı çox geniş və maraqlı idi:
1. “İkebana” stendi
2. “Sadō” stendi
3. “Oriqami” stendi
4. “Şodō” stendi
5. Genic-Futures“Seven Sins” J-pop rəqsi
6. “Salam. Bu məktubu ünvanlayıram” mahnısı
7. “Tokyo Bon 2020” mahnısı
8. “Momotaro” yapon nağılından səhnəcik
9. “Kimetsu-no Yaiba 2-ci mövsüm açılış mahnısı - Zankyo Sanka Aimer”
10. Nakaqava Rimi “Göz yaşları” mahnısı
Festivalda Şərqşünaslıq fakültəsini dekan Aydan Xəndan, dekan müavini Nigar İsmayılzadə, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyli, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi Ellada Məmmədova (fesivalda fakültənin proqram rəhbəri), müəllimlər Şəbnəm Mirqədorova, Nailə Əhmədova, Camallı Aylin (“İkebana” stendinin rəhbəri), kafedranın magistrantları Lamiyə Sadıqova, Elmir Abbaslı, kafedranın məzunları Sürəyya Zeynalova (“Sadō” stendinin rəhbəri), Nigar Ələkbərova, Gülab Yusifli və Xalidə Əlizadə (“Oriqami” stendinin rəhbəhləri), Günel Mürsəlzadə və Nəzrin Cuvarlinskaya (Yukata geyim stendlərinin rəhbələri), Kəmalə Quliyeva və Fatimə Dadaşova (Şodō stendinin rəhbərləri), Xəyal Abdullayev, Xasay Mənsurov, Jalə Abubəkirova və b. təmsil etdilər.
Festival müsafirlərin böyük marağına səbəb oldu. Festivalın çoxsaylı qonaqları yapon mədəniyyəti və müxtəlif ənənəvi sənətkarlıq nümunələrinin əks olunduğu stendlərlə, yapon xəttatlığı sənəti ilə tanış oldular, həmçinin ikebanaların necə yığıldığına - gül kompozisiyalarına, ənənəvi yapon çay mərasiminin keçirilməsinə və oriqamilərin bükülməsinə böyük maraq göstərdilər.
Festivalın sonunda belə qərara alındı ki, növbəti festivallar BDU-nun təşkilatçılığı ilə keçirilsin.