Vəcihə Samani qələmində həyat reallıqları
Şərqşünaslıq fakültəsində növbəti elmi seminar keçirilmişdir. Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti Əsmətxanım Məmmədova uşaq və gənclər yazıçısı Vəcihə Əkbər Samaninin “Son dayacanaq” adlı kitabı üzrə ”Vəcihə Samani qələmində həyat reallıqları” mövzusunda məruzə etmişdir. Məruzəçi Vəcihə Əkbər Samaninin yaradıcılığından geniş şəkildə bəhs etmiş, onun əsərlərində müsir insanın yaşam tərzini, rastlaşdığı hadisələr və bu hadisələrin fonunda onun daxili dünyasını əks etdirdiyini vurğulamışdır. Vəcihə Samaninin istisnasız bütün əsərlərinin qəhrəmanı insandır. Hekayədən hekayə bu insan dəyişilir, müasirlərimizin son dərəcə müxtəlif palitralarda təqdim olunan surətləri oxucunu heyrətləndirir və düşündürür.
Dosent Əsmətxanım Məmmədova eyni zamanda “Son dayanacaq” adlı əsəri Azərbaycan dilinə tərcümə etmişdir. Məruzə elmi seminar iştirakçıları tərəfindən böyük diqqət və maraqla qarşılanmışdır.