Varşava Universitetinin doktorantı Kamelia Penkovska BDU-da
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinə səfər edən Varşava Universitetinin doktorantı Kamelia Penkovska fakültənin professor-müəllim heyəti və tələbələri ilə görüşmüşdür.
Görüş zamanı qonaq öz elmi fəaliyyəti, hazırda üzərində çalışdığı dissertasiya işi və tədqiqat metodologiyası barədə ətraflı təqdimatla çıxış etmişdir. O qeyd etmişdir ki, araşdırma işi əsasən Azərbaycanda yaşayan dağ yəhudilərinin tarixi inkişaf yolu, dini və mədəni irsi, eləcə də müasir Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi kimi mühüm istiqamətləri əhatə edir.
Tədbir çərçivəsində fakültənin müəllimləri və tələbələri tərəfindən mövzu ilə bağlı çoxsaylı suallar səsləndirilmiş, tarixi mənbələr, sahə tədqiqatı, dil və identiklik məsələlər ətrafında maraqlı müzakirələr aparılmışdır. Xüsusilə, multikulturalizm ənənələrinin qorunması və Azərbaycanda müxtəlif etnik-dini qrupların harmonik birgəyaşayış modeli diqqət mərkəzində olmuşdur.
Görüş interaktiv formatda davam etmiş, iştirakçılar arasında elmi fikir mübadiləsi aparılmış, gələcək birgə layihələr, akademik əməkdaşlıq və tələbə-mübadilə imkanları müzakirə olunmuşdur.
Sonda fakültə rəhbərliyi qonağa təşəkkürünü bildirmiş və bu cür görüşlərin elmi əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulamışdır.