Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının növbəti elmi seminarı keçirilib
Bakı Dövlət Universitetinin Şərqşünasıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının 2021-ci il planı üzrə Teams platforması üzrə on line formatda növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın baş müəllimi Məmmədova Ellada Elixman qızı “Azərbaycan və yapon dillərində cümlənin aktual üzvlənməsi” mövzusunda dissertasiya işinin aprobasiyasını etdi. Bu eimi istiqamət nisbətən “cavan” olduğu üçün seminarın mövzusu Azərbaycan dilçiliyində nisbətən az işlənmiş mövzulardan olduğunu qeyd etdi. Azərbaycan dilçiliyində yapon və Azərbaycan dillərində cümlənin aktual üzvlənməsinin araşdırılması və müqayisə edilməsinin ilk dəfə aparılması özündə işin elmi yeniliyini ehtiva etdiyini vurğuladı. Elmi seminar iştirakçılar tərəfindən maraqla qarşılandı və tədqiqatçı verilən sualları cavablandırdı. Elmi seminarda Şərqşünaslıq fakültəsinin dekanı vəzifəsini icra edən f.ü.f.d. T.P.Məliokov və Şərqşünaslıq fakültəsinin eimi işlər üzrə dekan müavini dos. N.Q.İsmayılzadə , Uzaq Şərq dilləri və ədəbiyyatının kafedrasının yapon dili müəllimləri Ş.M.Mirqədirova, N.Z.Əhmədova, A.İ.Camallı, L.İ.Nəsirli, Yaponşünaslıq ixtisasının tələbələri iştirak ediblər. Seminara Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri prof. O.B.Cəlilbəyli sədrlik etmişdir.
|