Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında elmi seminar keçirilmişdir

Bakı Dövlət Universitetinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında elmi seminar keçirilmişdir. Kafedranın yapon dili müəllimi Əhmədova Nailə “Yapon dilində てしまう-te şimau tərzinin müqayisəıi tədqiqi” mövzusu ilə elmi seminarda çıxış etmişdir.. Məruzəçi yapon dilində -te şimau tərzinin düzəlməsi və cümlədə istifadə qaydası, feillə işlədilmə forması, həmçinin daşıdığı məna haqqında məlumat vermişdir. Bu tərzin əsasən ya feilin tamamlanması, ya da məyusluq hissi ifadə etdiyini qeyd etmişdir. Bu tərzə oxşar məna daşıyan digər qrammatik qayda -kiri-きり qaydasını da vurğulamışdır, Mövzuya aid nümunələr gətirilmiş və Azərbaycan dili ilə müqayisələr aparılmışdır.
Elmi seminar müəllim və tələbələrin diskussiyaları ilə davam etmişdir