Uzaq Şərq dilləri kafedrasında dəyirmi masa
Şərqşünaslıq fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəyli “Heydər Əliyev və Yaponiya-Azərbaycan münasibətləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 24-27 fevral 1998-ci ildə Yaponiyada ilk dəfə rəsmi səfərdə olması və iki ölkə arasında dostluq və tərəfdaşlıq haqqında birgə bəyanat imzalanması və Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı dostluq münasibətlərinin davamlı şəkildə inkişaf etməsi haqqında məlumat vermişdir. Məruzəçi bildirmişdir ki, cari il sentyabrın 7-də Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd edilmişdir. Oqtay Cəlilbəyli Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının fəaliyyətini iki ölkə arasında mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığın bariz nümunıəsi olduğunu vurğulamışdır. Məruzəçi son illər Şərqşünaslıq fakülltəsinin tələbələrinin Yaponiya universitetlərinin imkanlarından faydalanmaq şansının genişlənməsinin, hər il fakültənin tələbələrinin Yaponiya səfərlərinin tələbələrin dünyagörüşünün daha da inkişaf etdirilməsində mühüm rol oynadığından və bunun nəticəsində Azərbaycan üçün Yaponiyada təhsil almış yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına ciddi təkan verməsini bildirmişdir.