Türkiyə Türkçəsində neologizmlərin formalaşması
Şərqşünaslıq fakültəsində Türk filologiyası kafedrasının dosenti Bənövşə Niyaz qızı Hacıyeva “Türkiyə Türkçəsində neologizmlərin formalaşması, qrammatik və leksik-semantik xüsusiyyətləri” mövzusunda elmi məruzə etmişdir. Məruzəçi müasir türk ədəbi dilində cəmiyyətin ictimai, tarixi, mədəni, iqtisadi inkişafı ilə əlaqədar olaraq dilin lüğət tərkibinin zənginləşdirilməsi üsullarından bəhs etmiş, Türk Dil Qurumunun bu sahədəki fəaliyyətini təhlil etmişdir. Bənövşə Hacıyeva semantik neologizmlər, mürəkkəb quruluşlu neologizmlər, qısaltmalar vasitəsilə yaranan neologimlərlə bağlı geniş məlumat vermişdir. Məruzədə Şərqşünaslıq fakültəsinin dekanı dosent Aydan Xəndan, Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov, Türk filologiyası kafedrasının dosenti Kəmalə Əhmədova müasir türk dilçiliyində mövzunun elmi aktuallığı barədə çıxış etmişlər. Elmi seminar kafedra əməkdaşlarının və tələbələrin diskussiyaları ilə davam etmişdir.