Türkiyə Türkcəsində evfemizmlərin, tabu sözlərin leksik-semantik xüsusiyyətləri və bədii yaradıcılıqda istifadə nümunələri”
Şərqşünaslıq fakultəsinin Türk filologiyası kafedrasında elmi seminar keçirilmişdir. Türk filologiyası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Bənövşə Niyaz qızı Hacıyeva “Türkiyə Türkcəsində evfemizmlərin, tabu sözlərin leksik-semantik xüsusiyyətləri və bədii yaradıcılıqda istifadə nümunələri” adlı elmi məruzə ilə seminarda çıxış etmişdir. Məruzəçi evfemizmlərin, tabu sözlərin leksik-semantik xüsusiyyətlərinin geniş təhlililni vermiş, bədii əsərlərdən seçilmiş nümunələri izah etmişdir. Bənövşə Hacıyeva digər türk dillərindən özbək, uyğur, qaraqalpaq türkçələrində olan tabu və evfemizmlərlə bağlı maraqlı müqayisələr aparmışdır. Elmi seminarda fakültənin ixtisas üzrə tələbələri də çıxış edərək mövzu ilə bağlı nümunələr göstərmişlər.