Türk filologiyası kafedrasında seminar
Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasında elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Nərminə Məmmədova “Müasir türk və ispan dillərindəki frazeoloji birləşmələrin qrammatik və leksik-semantik xüsusiyyətləri ” mövzusunda çıxış etmişdir. Seminarda müsir türk və ispan dillərindəki frazeoloji birləşmələrin komponentləri arasındaki qrammatik əlaqələr, onların strukturu, ayrı-ayrı dillərdə yeri və mövqeyi, tərcümə olunma imkanlarının metodları, milli və beynəlmiləl mahiyyətinin şərhi və s. məsələlər haqqında məlumat verilmişdir. Məruzəçi tədqiqata cəlb olunmuş hər iki dilin frazeoloji vahidləri əsasında tərkibində antroponim, somatizm və rəng bildirən sözlər istifadə olunmuş frazeoloji birləşmələrin universal şəkildə təmsil olduğunu vurğulamış, eləcə də frazeoloji vahidlərdəki ekspressivlik və variantlıq məsələlərinə diqqət yetirmişdir. Məruzəçi həm ispan,həm də türk dilindəki frazeoloji vahidlərın milliləşmə və beynəlmiləllik məsələlərindən bəhs edərkən bu sabit söz birləşmələrinin tarixi və onların hekayələrini dinləyicilərin diqqətinə çatdırmışdır.
Seminar kafedra əməkdaşlarının diskussiyası ilə davam etmişdir.