Türk filologiyası kafedrasında dəyirmi masa
Şərqşünaslıq fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Tədbirdə Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov “Heydər Əliyev zirvəsi” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi olduğunu qeyd etmiş, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu nailiyyətləri vurğulamışdır. Azərbaycan xalqının milli şüurunun oyanışının Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başladığını, müstəqilliyimizin məhz onun sayəsində əbədi və dönməz xarakter aldığını, ölkəmizin dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilməsini dilə gətirmişdir.