Türk filologiyası kafedrası və Mərmərə Universitetinin təşkilatçılığı ilə ustad dərs keçirilib
Şərqşünaslıq fakültəsində Türk filologiyası kafedrası və Mərmərə Universitetinin təşkilatçılığı ilə “Tənzimat dövrü türk ədəbiyyatı” mövzusunda ustad dərs keçirilmişdir. Tədbirin məruzəçisi Mərmərə Univeristetinin Türkiyat Araşdırmaları İnstitutunun Türk dili və Ədəbiyyatı Bölümünün dosenti Mehti Gəncəli ilk öncə 1839-cu ildə Osmanlı dövlətinin “tənzimat islahatı”nın qəbul edilməsi haqqında məlumat verdi. Məruzəçi Tənzimat islahatınin qəbulunun bilavasitə Avropanin təsiri ilə bağlı olduğunu vurğulamış, həyata keçirilən islahatların ədəbiyyata da təsiri olduğu üçün bu dövrdə Osmanlıda Avropa ədəbiyyatının türk ədəbiyyatına həm formaca, həm də məzmunca təsirini özündə əks etdirən “tənzimat ədəbiyyatı” dövrünün yaranmasından danışmışdır. Məruzəçi öz çıxışında türklərin ziyalı təbəqələri, bir sıra dövlət xadimləri öz xalqına yeni, avropasayağı bədii əsərlər vermək üçün ədəbi islahat aparmaq, Avropa mütərəqqi ədəbiyyatından istifadə etmək məsələsini ortaya atdığından, Avropadan, xüsusən Fransadan mütəxəssislər türk məktəbləri üçün müəllimlər dəvət olunması, orta məktəblərdə fransız dili tədris olunması, türklərin təhsil almaq üçün Avropaya, xüsusən də Fransaya getməsindən bəhs etmişdir.
Məruzəçi Tənzimat dövrü ədəbiyyatının nümayəndələrindən olan Şinasi, Namiq Kamal, Şəmsəddin Sami və digər ədiblər haqqında geniş məlumat verərək onların əsərlərini təhlil etmişdir.
Tədbir kafedranın müıəllim heyətinin mövzu ətrafında diskussiyaları ilə davam etmişdir.