“Türk dilinin inkişaf tarixi”
Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasında elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi Türk filologiyası kafedrasının baş müəllimi Güləhməd İmanov “Türk dilinin inkişaf tarixi” mövzusunda məruzə etmişdir. Məruzəçi Türk dilinin inkişaf prosesindən bəhs edərək Qədim Türk yazılı abidələrindən nümunələr gətirmişdir. Türklər İslam dinini qəbul etdikdən sonra türk dilinin lüğət fonduna ərəb-fars mənşəli sözlərin daxil edilməsi, daha sonra “osmanlıca”nın meydana gəlməsi haqqında məlumat vermişdir. G.İmanov Türkiyə Cumhuriyyəti qurulduqdan sonra Mustafa Kamal Atatürkün təşəbbüsü ilə həyata keçirilən dil islahatlarının türk dilinin inkişafında dönüş mərhələsi yaratdığını qeyd etmişdir. Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov, elmi işlər üzrə dekan müavini, dosent Nigar İsmayılzadə türk dilinin inkişaf mərhələləri haqqında fikirlərini səsləndirmişlər.