Türk dilində gender xüsusiyyətləri
Şərqşünaslıq fakültəsində “Türk dilində gender xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi Türk filologiyası kafedrasının dosenti, f.e.d. Kəmalə Əhmədova ilk öncə gender xüsusiyyətləri haqqında məlumat verərək kommunikasiyanın əsas subyektləri olan kişi və qadın dilini tədqiq etməyin nitq prosesinin düzgün qurulmasında köməklik edəcək vasitələrdən olduğunu vurğulamışdır. Məruzəçi qeyd etmişdir ki, Türk dilinin gender xüsusiyyətlərini müxtəlif aspektlərdən araşdırmaq tədqiqatının əsas prinsiplərindəndir. Məruzədə tarixi, müasir, coğrafi, dialekt cəhətdən maskulin və femininlik özəlliklərinin müqayisəli şəkildə həm nəzəri, həm də praktik cəhətdən izahı öz əksini tapmışdır.
Elmi seminar kafedra əməkdaşlarının və tələbələrin diskussiyaları ilə davam etmişdir.