“Türk dilində frazeologizmlər (semantik və qrammatik xüsusiyyətləri)”
-lg.jpg)
Türk filologiyası kafedrasının dosenti, filologiya üzrə elmlər doktoru Kəmalə Əhmədovanın “Türk dilində frazeologizmlər (semantik və qrammatik xüsusiyyətləri)” ali məktəb üçün dərs vəsaiti çapdan çıxmışdır. Əsərdə türk dilinin frazeoloji sistemi semantik və qrammatik baxımdan hərtərəfli şəkildə tədqiq olunmuş, frazeologizmlərin yaranma mexanizmi, struktur modeli, semantik növləri və qrammatik xüsusiyyətləri ardıcıl şəkildə izah edilmişdir. Kitabın mühüm elmi yeniliklərindən biri ondan ibarətdir ki, ilk dəfə olaraq sabit birləşmələr gender aspektindən, yəni kişi və qadın obrazlarının frazeoloji vahidlərdə təcəssümü baxımından araşdırılmışdır. Bu kitab yalnız dilçilik mütəxəssisləri üçün deyil, eyni zamanda türkologiya üzrə təhsil alan tələbələr, magistrantlar və müəllimlər üçün də faydalı vəsaitdir. Əsər frazeologizmlərin sistemli öyrənilməsinə, onların semantik dərinliyinin, qrammatik quruluşunun və ifadə gücünün üzə çıxarılmasına mühüm töhfə verəcək.Türk dillərinin ortaq mənəvi və leksik sərvətinin qorunması, həmçinin birgə elmi araşdırmalara təkan verilməsi baxımından bu tədqiqatın əhəmiyyətli addım olacağına inanırıq.