“Türk dili və türkologiya üzrə qlobal konfrans silsiləsi”

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllim və tələbə heyəti Bakı Yunus Emre İnstitutunun dəstəyilə “Türk dili və türkologiya üzrə qlobal konfrans silsiləsi” adlı layihə çərçivəsində Yunus Emre İnstitutunda keçirilən növbəti tədbirdə iştirak etmişdir. Tədbirdə Türkiyənin tanınmış tarixçisi, professor Haşim Şahin “Bir dövr: üç vəli: Ahi Evren, Hacı Bektaş Bəli və Yunus Emre” adlı əsəri əsasında məruzə ilə çıxış etmişdir. Məruzəçi təsəvvüfün mənəvi yolu, mahiyyəti haqqında məlumat vermiş, böyük mütəsəvvüflər Yunus Əmrə, Hacı Bektaş Vəli və Ahi Evrənin təsəvvüfi əsərlərini şeirlərdən gətirdiyi nümunələrlə təhlil etmişdir. Tədbir mövzu ətrafında müzakirələrlə davam etmişdir.