Tələbələrimiz “Zəfər Muzeyi”ndə
19 Noyabr 2025 20:39

Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələr “Zəfər Muzeyi”ni ziyarət etmişlər. Ekskursiya zamanı tələbələr muzeydə sərgilənən Vətən müharibəsi dövrünə aid sənədlər, fotoşəkillər, hərbi geyimlər və müxtəlif tarixi materiallarla tanış olmuşlar. Muzeyin bələdçiləri hər bölmə üzrə tələbələrə ətraflı məlumat təqdim etmiş və döyüş meydanlarından gətirilmiş eksponatların tarixi əhəmiyyətini izah etmişlər.
Ekspozisiyada nümayiş olunan Molla Pənah Vaqifin evinin maketi, Xarıbülbül rəmzinə dair materiallar və Qarabağın mədəni irsini əks etdirən digər nümunələr tələbələrin xüsusi marağına səbəb olmuşdur. Ziyarət maarifləndirici xarakter daşıyaraq tələbələrə həmin dövrün hadisələrini, qəhrəmanlıq nümunələrini, eləcə də Zəfərə aparan tarixi yolu daha dərindən anlama imkanı vermişdir.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36