Tələbələrimiz Yunis Emrə İnstitutunun təşkilatçılığı ilə keçirilən intellektual oyunda iştirak ediblər
24 May 2024 17:57

Şərqşünaslıq fakültəsinin tələbələri Yunis Emrə İnstitutunun təşkilatçılığı ilə keçirilən intellektual oyunda iştirak ediblər.
Şərqşünaslıq fakültəsinin müxtəlif ixtisaslarından olan tələbələri Bakı Yunis Emrə İnstitutunun təşkilatçılığı ilə keçirilən intellektual yarışda iştirak ediblər. Əksəriyyəti Türkiyə üzrə regionşünaslıq, türk dili və ədəbiyyatı ixtisasının tələbələrinin iştirakı ilə keçirilən intellektual oyunda yeddi komanda iştirak edib. Azərbaycan, Türkiyə ilə bağlı müxtəlif mövzuları əhatə edən suallar səsləndirilib. Çoxsaylı asan və çətin sualları əhatə edən turdan sonra, xal hesabına əsaslanmaqla qaliblər müəyyənləşdirilib. Birinci yerə Filologiya (türk dili və ədəbiyyatı) ixtisasının ikinci kurs tələbələri, ikinci yerə Regionşünaslıq (İran üzrə), üçüncü yerə isə Regionşünaslıq (Türkiyə üzrə) ixtisasının dördüncü kurs tələbələri çıxıblar. Yarışın mükafatlandırma mərasimi keçirilib. Yunis Emrə İnstitutunun direktoru Selcuk Karakılıç və fakültənin dekanı, dosent Aydan Xəndan çıxış ediblər. Yarışın tələbələr üçün əhəmiyyəti, intellektual oyunların tələbələrin dünya görüşünün genişləndirilməsinə verdiyi töfhə və gələcəkdə də davam etdirilməsi barəsində mesajlar verilib. Təbrik çıxışlarından sonra, müvafiq yerlər üzrə tələbələr Yunis Emrə İnstitutu tərəfindən mükafatlandırılıb. Tələbə və iştirakçılara Türk süfrəsinin təamları təqdim olunub.
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58