Tələbələrimiz XIV Mərkəzi Asiya Koreyaşünaslıq Olimpiadasında
4 Dekabr 2024 15:07

Şərqşünaslıq fakültəsinin tələbələri XIV Mərkəzi Asiya Koreyaşünaslıq Olimpiadasında və Müstəqil Dövlətlər Birliyi (MDB) Koreyaşünas Gənc Tədqiqatçılarım IX Konfransında iştirak ediblər.
29-30 noyabr 2024-cü il tarixlərində Şərqşünaslıq fakültəsinin Regionşünaslıq (Koreya üzrə) ixtisasının III kurs tələbələri Nərmin Zeynalova, Məryəm Abasova və Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının Koreya dili üzrə müəllimi, eyni zamanda Koreya Fondunun qonaq professoru Moon Eun Hyun, Abay Xan adına Qazax Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universitetində keçirilən XIV Mərkəzi Asiya Koreyaşünaslıq Olimpiadasında və Müstəqil Dövlətlər Birliyi (MDB) Koreyaşünas Gənc Tədqiqatçıların IX Konfransında iştirak ediblər. Fakültənin tələbələri Nərmin Zeynalova olimpiadada III yerə layiq görülərək, diplom və sertifikatla, Məryəm Abasova isə sertifikatla mükafatlandırılıblar. Olimpiada və Konfransda Qazaxıstandan 33, Qırğızıstandan 8, Özbəkistanda 2, Azərbaycandan 3, Gürcüstandan 4 nəfər iştirak etmişlər.
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58