Tələbələrimiz “SOS Uşaq Kəndləri”ndə
5 Aprel 2025 21:37

Şərqşünaslıq fakültəsinin tələbələri “SOS Uşaq Kəndləri”ni ziyarət ediblər.
05 aprel 2025 -ci il tarixində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr “SOS Uşaq Kəndləri”ni ziyarət ediblər.
Tələbələr uşaqlarla səmimi söhbətlər edib, onlara özlərini təqdim ediblər. Ardınca onlar üçün xüsusi olaraq hazırlanan yeməkləri təqdim ediblər. Gün boyu birlikdə müxtəlif oyunlar keçirilib, musiqi sədaları altında rəqslər icra olunub. Uşaqların sevinci, gülüşü və enerjisi günü daha da mənalı və yaddaqalan edib. Sonda isə uşaqlar üçün gətirilən hədiyyələr paylanılıb. Ziyarət tələbələrə dərin duyğular, unudulmaz xatirələr bəxş edib.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36