Tələbələrimiz Siyasi Repressiya Qurbanları Muzeyində
21 Aprel 2025 11:04

19 Aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələr Siyasi Repressiya Qurbanları Muzeyində olublar.
Tariximizdə dərin iz buraxan acı hadisələri daha yaxından öyrənmək və keçmişin faciəvi səhifələrini unutmamaq məqsədilə tələbələrimiz Siyasi Repressiya Qurbanları Muzeyini ziyarət ediblər. Ziyarət zamanı tələbələrə sovet dövrünün repressiya illəri, günahsız insanların həbs olunması, onların məruz qaldığı işgəncələr və məhrumiyyətlər barədə ətraflı məlumat təqdim olunub.
Muzey bələdçisi tərəfindən aparılan təqdimat zamanı tələbələr repressiya dövründə istifadə olunmuş zindanlarla tanış olublar. Həmin dar və havasız kameralar, soyuq divarlar, məhbuslara aid şəxsi əşyalar, fotoşəkillər və sənədlər tələbələrə həmin dövrün nə qədər ağır və çətin olduğunu bir daha hiss etdirib. Qurbanların həyat hekayələri, onların şəxsiyyətləri və təqiblərə məruz qalma səbəbləri real faktlarla və tarixi sənədlərlə təqdim edilib.
Qurbanlar içərisində BDU-nun ilk Azərbaycanlı rektoru Tağı Şahbazi, Şərqşünaslıq fakültəsinin 1924-cü ildə dekanı olmuş Bəkir Çobanzadə, unudulmaz şairlər, yazıçılarımız və digərləri tələbələrin diqqətini cəlb edib.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36