Tələbələrimiz Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
13 Aprel 2025 10:19

Şərqşünaslıq fakültəsinin tələbələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ekskursiyada olublar.
12 aprel 2025-ci ildə Şərqşünaslıq fakültəsinin könüllü tələbələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ekskursiyada olublar.
Tələbələr Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən müasir dövrə qədər keçmiş olduğu yolla tanış olublar. Müxtəlif sənədlər, əlyazmalar, kitablar, o cümlədən qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərlərini izləyiblər.
Ekspozisiya zallarında Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyin Cavid və s. kimi tanınmış şair və yazıçılara, ədəbiyyatşünaslara həsr olunmuş stendlər, fotomateriallar, rəsm əsərləri, sənədlər, kitablar, həmçinin şəxsi əşyalar toplanmışdır. Bu zalların müşahidəsi tələbələrin klassik Azərbaycan ədəbiyyatı ilə bağlı biliklərini yeniləyib. Sonda xatirə şəkilləri çəkilmişdir.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36