Tələbələrimiz Müasir İncəsənət Muzeyində
6 May 2025 10:01

Şərqşünaslıq və Filologiya fakültələrinin tələbələri Müasir İncəsənət Muzeyində olublar.
01.05.2025-ci il tarixində Bakı Dövlət Universiteti (BDU) Şərqşünaslıq və Filologiya fakültələrinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Bakı Müasir İncəsənət Muzeyinə ekskursiya təşkil olunub.
Ekskursiya iki fakültənin birgə təşəbbüsü ilə təşkil olunaraq tələbələrin estetik zövqlərinin formalaşmasına töhfə verməyi hədəfləyib.
Ekskursiya çərçivəsində tələbələr muzeyin müxtəlif ekspozisiyaları ilə tanış oldular. Onlar klassik portret janrından tutmuş müasir abstrakt təsvirlərə qədər müxtəlif üslub və dövrləri əhatə edən əsərlərə baxış keçirdilər. Hər bir rəsm əsəri ilə tanışlıq zamanı tələbələr əsərlərin dövri xüsusiyyətləri, sənətkarın ifadə tərzi və mədəniyyətlərarası ünsiyyət baxımından əhəmiyyətinə dair fikirlərini bölüşdülər.
Tədbirin əsas məqsədi tələbələr arasında sənətə marağı artırmaq, onların dünya görüşünü genişləndirmək və incəsənətin fərqli sahələrinə inteqrasiya olunma imkanlarını nümayiş etdirmək idi.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36