Tələbələrimiz Milli Azərbaycan Tarixi Muzeyi və Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyində ekskursiyada olublar
11 Aprel 2025 09:19

Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələr Milli Azərbaycan Tarixi Muzeyi və Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyində ekskursiyada olublar.
10 aprel 2025-ci il tarixində Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələr Milli Azərbaycan Tarixi Muzeyi və Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyində ekskursiyada olublar. Muzeyə ekskursiya zamanı tələbələr Azərbaycanın ictimai-siyasi və xeyriyyəçilik tarixində böyük iz qoymuş Hacı Zeynalabdin Tağıyevin şəxsi əşyaları, sənədləri və dövrün maddi-mədəni nümunələrinin nümayiş olunduğu ekspozisiyalarla tanış olublar. Eksponatlarla tanışlıq zamanı bələdçinin izahları ilə tələbələr onun həyatı, fəaliyyəti və xalq üçün gördüyü xeyriyyə işləri barədə maraqlı məlumatlar əldə ediblər.
Muzey XIX əsrin sonlarında inşa edilmiş Tağıyevin şəxsi iqamətgahında yerləşir və həmin dövrün memarlıq üslubunu özündə əks etdirir. Tələbələr muzeydə nümayiş olunan sənədlər, fotolar, mebel nümunələri və o dövrə məxsus məişət əşyaları ilə yaxından tanış olublar. Eyni zamanda, Tağıyevin təşəbbüsü ilə həyata keçirilmiş maarifçilik və sosial layihələr haqqında məlumatlandırılıblar. Ekskursiyanın sonunda tələbələr muzeyin salonunda xatirə fotosu çəkdiriblər.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36