Tələbələrimiz Cəlil Məmmədquluzadənin ev muzeyində
15 Aprel 2025 07:01

Şərqşünaslıq fakültəsinin tələbələri Cəlil Məmmədquluzadənin ev muzeyini ziyarət ediblər.
15 Aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələrin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin zəngin irsi ilə daha yaxından tanış olmaq məqsədilə ev muzeyinə maarifləndirici ziyarət təşkil olunub. Ekskursiya zamanı iştirakçılara yazıçının həyat və yaradıcılığı, eləcə də “Molla Nəsrəddin” jurnalının tarixi barədə ətraflı məlumat verilib.
Muzeyin bələdçisi tərəfindən təqdim olunan geniş məlumat əsasında tələbələr Cəlil Məmmədquluzadənin ədəbi fəaliyyətinin ictimai fikir tariximizdəki mühüm rolu ilə tanış olublar. Ekskursiya çərçivəsində tələbələr yazıçının şəxsi əşyalarına baxış keçirmiş, onun yaşadığı evin mühiti ilə tanış olmuşlar.
Tədbirin sonunda xatirə şəkli çəkdirilmiş və tələbələrdən ekskursiya ilə bağlı təəssüratlarını yazmaları istənilmişdir. Onlar Cəlil Məmmədquluzadənin irsindən aldıqları ilhamı və düşüncələrini bölüşərək, ekskursiyanı olduqca maraqlı və faydalı qiymətləndirmişlər.
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58