Tələbələrimiz Azərbaycan Milli İncəsənət Muzeyində
15 May 2026 18:18

Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə maarifləndirici fəaliyyət çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyinə mədəni ekskursiya təşkil edilmişdir.
Ekskursiya zamanı tələbələr Azərbaycan incəsənətinin qiymətli nümunələri, eləcə də Avropa, Türk və İran mədəniyyətlərinə aid nadir eksponatlarla yaxından tanış olmuşlar. Muzeyin müxtəlif zallarında sərgilənən əsərlər — qədim sənət nümunələri, heykəltəraşlıq inciləri, miniatürlər və rəngkarlıq əsərləri — tələbələrdə dərin təəssürat yaratmışdır.
Muzeyin bələdçisi tərəfindən təqdim edilən məlumatlar sayəsində tələbələr əsərlərin tarixi, mənəvi dəyəri və onların arxasındakı yaradıcı ruh haqqında geniş bilik əldə etmişlər. Xüsusilə Türk və İran mədəniyyətinə aid sənət nümunələri, həmçinin klassik Avropa incəsənətinə dair kolleksiyalar tələbələrin böyük marağına səbəb olmuşdur.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36