Tələbələrimiz Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunda
6 Dekabr 2024 15:56

Şərqşünaslıq fakültəsinin könüllü tələbələri Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunda iştirak ediblər.
Şərqşünaslıq fakültəsinin könüllü tələbələri “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunda iştirak ediblər. Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə dekabrın 5-16-da keçiriləcək “Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində təşkil olunub.
Forumda könüllülərin məşğulluğunun artırılması, karyera imkanlarının yaxşılaşdırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə karyera sərgisi, könüllülər tərəfindən müxtəlif tullantılardan (plastik, sellofan torbalar və s.) istifadə edilməklə hazırlanan müxtəlif sənət əsərlərinin “Tullantıdan sənətə” adlı sərgisi həyata keçirilib.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36