Tələbələrimiz “Azərbaycan Dəmir Yolu Muzeyi”ndə
29 Oktyabr 2025 10:09

Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkili ilə “Azərbaycan Dəmir Yolu Muzeyi”nə ekskursiya təşkil olunmuşdur.
Ekskursiya zamanı tələbələrə muzeydə sərgilənən eksponatlar, tarixi vaqonlar və dəmir yolu texnologiyaları barədə ətraflı məlumat verilmişdir.
Tələbələrə vaqonların keçmişdə necə işlədiyi, onların idarə olunma prinsipləri və hər bir hissəsinin funksiyası öyrədilmişdir. Muzeyin müasir texnologiyalarla təchiz olunmuş bölmələrində tələbələr vaqonların real şəraitdə idarə olunma qaydalarını dinləyərək və müşahidə edərək anlamışdırlar. Həmçinin, ekskursiya zamanı Bakı-Tbilisi marşrutu üzrə nümayiş olunan qatarlar barədə məlumat verilmişdir, onların tarixi əhəmiyyəti və regional nəqliyyat sistemində rolu izah edilmişdir.
Muzeyin binası barədə ətraflı məlumat verən muzey əməkdaşları tələbələrin suallarını cavablandırmışdırlar və onların tarixi və texnoloji bilikləri zənginləşdirilmişdir. Ekskursiya gənclərin həm tarixi, həm də müasir dəmir yolu texnologiyaları barədə geniş perspektiv qazanmasına imkan yaratmışdır.
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58