Tələbə və əməkdaşlarımız Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər
27 Sentyabr 2024 16:21

Şərqşünaslıq fakültəsinin tələbə və müəllimləri Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
27 sentyabr Azərbaycan Respublikasında Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq "Anım günü" kimi qeyd olunur. Vətən müharibəsinin sona çatdığı ilk ildən etibarən şərqşünaslıq fakültəsinin tələbələri hər il ənənəvi olaraq doğma torpaqlarımız uğrunda qəhrəmancasına canından keçən şəhidin məzarlarını ziyarət edirlər.
27 sentyabr 2024-cü il tarixində fakültənin bir qrup tələbəsi Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu II Fəxri Xiyabanı ziyarət edərək, onların məzarlarına qərənfillər düzüblər. Şəhidlərin ruhuna dualar oxunub, xatirələri yad edilib. Saat 12.00-da Xiyabanda bir dəqiqəlik sükut elan edilib. Tələbələr Azərbaycan Respublikasının dövlət himnini səsləndirdikdən sonra, ziyarət yekunlaşdırılıb.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36