“Tarixi və mədəni kontekst fonunda türk-ispan dil əlaqələrinin linqvistik təhlili”
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasında elmi seminar keçirilmişdir. Türk filologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Məmmədova Nərminə “Tarixi və mədəni kontekst fonunda türk-ispan dil əlaqələrinin linqvistik təhlili” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, təqdim olunan mövzu türk və ispan xalqları arasında tarixi və mədəni əlaqələrin dillərinə təsirini linqvistik baxımdan təhlil etməyə yönəlmişdir. İşin məqsədi Orta əsr dövründən başlayaraq bu iki xalq arasında baş vermiş dil qarşılıqlı təsirlərini araşdırmaq, onların fonetik, leksik və morfoloji səviyyələrdə izlərini müəyyənləşdirməkdir. Seminar zamanı həm tarixi proseslər, həm də mədəni əlaqələr nəzərə alınaraq, türk-ispan dil əlaqələrinin inkişaf trayektoriyası göstərilmişdir. Məruzəçi tərəfindən vurğulanmışdır ki, əldə olunan nəticələr dil və tarixşünaslıq sahəsindəki mövcud elmi bilikləri zənginləşdirmək və iki xalqın dil tarixi ilə bağlı anlayışları genişləndirmək baxımından əhəmiyyətlidir.
Elmi seminar fikir mübadiləsi ilə davam etmişdir.