Tarixi və mədəni kontekst fonunda Türk-İspan dil əlaqələrinin linqvistik təhlili

15.05.2026 - cı il tarixində 2 saylı tədris korpusu, 603-cü auditoriyada Şərqşünaslıq fakültəsi Türk filoligiyası kafedrasının baş müəllimi, f ü.f.d. Nərminə Məmmədovanın "Tarixi və mədəni kontekst fonunda Türk-İspan dil əlaqələrinin linqvistik təhlili" mövzusunda elmi seminarı baş tutacaqdır. Fakültənin bütün müəllim və tələbə heyəti dəvətlidir.
Qeyd edək ki, hazırki elmi iş Türk və İspan xalqları arasında tarixi və mədəni əlaqələrin dillərinə təsirini linqvistik baxımdan təhlil etməyə yönəlmişdir. İşin məqsədi Orta Əsr dövründən başlayaraq bu iki xalq arasında baş vermiş dil qarşılıqlı təsirlərini araşdırmaq, onların fonetik, leksik və morfoloji səviyyələrdə izlərini müəyyənləşdirməkdir. Seminar zamanı həm tarixi proseslər, həm də mədəni əlaqələr nəzərə alınaraq, Türk-İspan dil əlaqələrinin inkişaf trayektoriyası göstərilir. Əldə olunan nəticələr dil və tarixşünaslıq sahəsindəki mövcud elmi bilikləri zənginləşdirmək və iki xalqın dil tarixi ilə bağlı anlayışları genişləndirmək baxımından əhəmiyyətlidir.