"Tarixdən bir gün" adlı tələbə-informativ seminarı
18 May 2023 10:16

Şərqşünaslıq fakültəsində ibri şöbəsinin təsisinin otuz illiyinə həsr olunmuş "Tarixdən bir gün" adlı tələbə-informativ seminarı keçirilib.
Tədbirdə fakültənin rəhbərliyi, Ərəb filologiyası kafedrasının ibri dili şöbəsinin müəllimləri Təranə Hüseynbalayeva və Ayxan Qarayev, o cümlədən ibri şöbəsinin birinci və dördüncü kurs tələbələri iştirak ediblər. Seminar fakültə dekanı, dos. Aydan Xəndan tərəfindən açıq elan edilib, tələbələrə çıxışlarda uğurlar arzulanıb. Tələbələr Azərbaycançılıq, Qarabağ, Azərbaycan-İsrail münasibətləri olmaqla müxtəlif mövzular üzrə ibri və Azərbaycan dillərində çıxışlar ediblər. Dekan Aydan Xəndan və ixtisas müəllimləri ixtisaslı kadr kimi formalaşmaq və gələcək inkişaf yolları barədə məsləhətlər veriblər. Çıxışlar bitdikdən sonra tələbələrə İsrailin Azərbaycandakı səfirliyinin ikitərəfli diplomatik münasibətlərin yaranmasının otuz illiyi münasibəti ilə verdiyi hədiyyələr təqdim olunmuşdur.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36