Şuşa ili çərçivəsində növbəti tədbir
28 Oktyabr 2022 10:51

Şərqşünaslıq fakültəsində Şuşa ili çərçivəsində "Şuşa -Mədəniyyət paytaxtı" adlı tədbir keçirilib.
28 oktyabr 2022-ci il tarixində Şuşa ili çərçivəsində şərqşünaslıq fakültəsi könüllülərinin təşkilatçılığı ilə "Şuşa - Mədəniyyət paytaxtı" adlı bədii tədbir keçirilib.Tədbirdə fakültə müəllimləri və tələbələri ilə yanaşı, Filologiya və Beynəlxalq münasibətlər fakültərindən olan tələbələr də iştirak ediblər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Vətən müharibəsi şəhidlərinin xatirəsi anıldıqdan sonra tədbir açıq elan edilib. Fakültənin dekan müavinləri Şahin Yusifli və Tərlan Məlikov Şuşanın Azərbaycan xalqı üçün kəsb etdiyi əhəmiyyətdən, mədəniyyət və incəsənət beşiyinin məziyyətlərindən danışdıqdan sonra söz tələbələrə verilib. Tələbələr Şuşa barədə şeirlər, milli musiqi alətlərinin müşayiəti ilə musiqi parçaları səsləndiriblər. Şuşa haqda sənədli filmə tamaşa edildikdən sonra tədbir yekunlaşdırılıb.
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58