Şərqşünaslıq fakültəsində dəyirmi masa keçirilib
2 Oktyabr 2021 20:53

Şərqşünaslıq fakültəsində “Beynəlxalq Tərcüməçilər Günü” münasibəti ilə dəyirmi masa keçirilib.
Şərqşünaslıq fakültəsində 30 sentyabr - Beynəlxalq Tərcüməçilər Gününə həsr olunan “Tərcüməçi yaradıcı şəxsiyyətdir " adlı onlayn dəyirmi masa keçirilib.
Tədbirdə fakültənin professor və müəllim heyəti arasından peşəkar tərcüməçilər və tələbələr iştirak edib. Dekan müavini Şahin Yusifli bütün fakültə əməkdaşları və tələbələri əlamətdar beynəlxalq gün münasibəti ilə təbrik edərək, Şərqşünaslıq fakültəsinin yüz il ərzində şərq ölkələri üzrə böyük tərcüməçi ordusunu hazırlamasından və bu məktəbin ənənələrindən söhbət açıb.
Çıxışçılar, İran filologiyası kafedrasının dosentləri Əsmətxanım Məmmədova, Nüşabə Əlizadə, Eldost İbrahimov, o cümlədən Ərəb filologiyası kafedrasının müəllimi Mais Ağaverdiyev və elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə peşəkar tərcümənin növləri, şərq dilləri üzrə bu istiqamətdə görülən işlər, praktiki və nəzəri tərcüməçilik məsələləri, peşəkar mütərcimlər və onların fəaliyyəti, tərcüməçinin davranış qaydaları və işləmə prinsipi daxil olma geniş məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Daha sonra fakültənin tələbələri unudulmaz mütərcim-şərqşünaslar professor Aida İmanquliyeva, professor Ələsgər Məmmədov, akademik Vasim Məmmədəliyev və digərlərinin tərcüməçilik fəaliyyəti barəsində məlumat vermişlər.





Son XƏBƏRLƏR
26.01.2026 | 20:53
Şərqşünaslıq fakültəsində “Pakistan otağı”nın açılışı keçirilib
24.01.2026 | 20:55
Təhsil Millətin Gələcəyidir!
23.01.2026 | 16:37
BƏLAĞƏT AKADEMİYASI
22.01.2026 | 20:32
Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının əməkdaşı Pakistan İslam Respublikasının Lahor şəhərində elmi seminarda iştirak edib
16.01.2026 | 11:26