Şeyx Haməd Mükafatı Fondunun icraçı direktoru Ləbib Nəhhas və Zeki Şahin Ərəb filologiyası kafedrasının qonağı olub

Tekirdag Namik Kamal Universitetinin rektor müşaviri və İRCİCA-nın sabiq baş direktoru Prof. Dr. Halit Eren, Beynəlxalq Tərcümə və Anlaşma üzrə Şeyx Haməd Mükafatı Fondunun icraçı direktoru Ləbib Nəhhas və Dr. Zeki Şahin Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının qonağı olub. Müzakirə zamanı qonaqlar Şeyx Haməd mükafatı haqqında məlumat verərək bu mükafat fondu ilə əməkdaşlıq perespektivlərindən söhbət açmışdır. Eyni zamanda Ərəb filologiyası kafedrasının müdiri f.e.d. Vüqar Qaradağlı kafedranın tarixi, fəaliyyəti, həmçinin kafedra əməkdaşlarının elmi fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir.