Şərqşünaslıq və Filologiya fakültələrinin tələbələri birgə diskusiyya təşkil ediblər
8 Dekabr 2021 10:02

|
BDU-nun Şərqşünaslıq və Filologiya fakültələrinin könüllülərinin iştirakı ilə “Sizmi zamanı idarə edirsiniz, yoxsa zamanmı sizi idarə edir?” mövzusunda diskussiya keçirilib. Tədbirdə hər iki fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavinləri iştirak edib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov zamanın idarə olunmasının əhəmiyyətindən və faydalarından, məqsəd və hədəflərin düzgün seçilməsinin vaxtdan səmərli istifadəyə təsirindən söz açıb, mövzu ilə bağlı tövsiyələrini bölüşüb.
Şərqşünaslıq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli çıxış edərək, zamanın düzgün tənzimlənməsində insan zəkası və iradəsinin rolundan, motivlərin zamana təsiri, tələbələrin öz asudə vaxtlarından səmərəli şəkildə yararlanmalarının vacibliyindən danışıb, onlara öz tövsiyələrini verib.
Sonra tələbələr mövzu ətrafında çıxışlar edib, fikir mübadiləsi aparıblar.
![]() ![]() ![]() ![]() |
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36



