Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi beynəlxlaq konfransda iştirak edib
Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimov Dünya Urdu Assosiasiyası və Cəvahirləl Nehru Universitetinin Urdu dili fakultəsinin birgə təşkil etdiyi "Urdu dilinin aktual problemləri" mövzusunda beynəlxalq onlayn konfransda iştirak edib. Konfransa Hindistan, Pakistan, Türkiyə, Misir, Banqladeş, Almaniya, Amerika, Səudiyyə Ərəbistanı, İngiltərə, Danimarka, Avstriya, Özbəkistan və Yaponiyadan olan urdu dili mütəxəsisləri qatılıblar. Eldost İbrahimov konfransın ikinci panel iclasına sədrik edərək Azərbaycanda bu il yaranmasının 20-ci ili tamam olan Urdu dili şöbəsinin tarixi, o cümlədən Bakı Dövlət Universitetin urdu dilinin tədrisi barəsində geniş məlumat verib. |