Şərqşünaslıq fakültəsinin Pakistan üzrə Regionşünaslıq ixtisasında təhsil alan tələblər üçün onlayn dərslərə start verilib

Bakı Dövlət Universiteti (BDU) və Pakistanın Lahor Universiteti arasında əməkdaşlıq çərçivəsində Şərqşünaslıq fakültəsinin Pakistan üzrə Regionşünaslıq ixtisasında təhsil alan tələblər üçün onlayn dərslərə start verilmişdir. Proqram tələbələrə urdu dili, urdu ədəbiyyatı, urdu jurnalistikası, Pakistan etnoqrafiyası, Pakistan mədəniyyəti və incəsənəti sahələrində müasir bilik və praktik bacarıqlar qazandıracaq. Bu layihə iki universitet arasında elmi və akademik əlaqələrin möhkəmlənməsinə, tələbələr üçün qabaqcıl təhsil və tədqiqat imkanlarının yaradılmasına və müasir çağırışlara cavab verə biləcək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək.