Fakültəmizin I kurs könüllüləri ilə görüş
23 Sentyabr 2024 06:35

BDU Könüllüləri Şərqşünaslıq fakültəsinin l kurs könüllüləri ilə görüş təşkil edib.
21 sentyabr 2024-cü il tarixində Şərqşünaslıq fakültəsində “BDU Könüllüləri” fəalları və fakültə könüllülərinin idarə heyətinin üzvləri birinci kursa daxil olan tələbələrlə infosessiya keçiriblər. Görüşdə fakültə könüllüləri sədri Jalə Əliyeva və digər idarə heyəti üzvləri iştirak ediblər. Tələbələrə könüllülüyün mahiyəti, "BDU Könüllüləri”nin fəaliyyəti, klublar və departamentlər haqqında geniş məlumat verilib. Suallar cavablandırılıb. Sonra, sosial kommunikasiyanı təşviq etmək məqsədi ilə əyləncəli şəbəkələşmə keçirilib. Müəyyən komandalardan ibarət qruplara tapşırıqlar verilib.
Qalib komandalar müəyyən olunub. I yerin qalibləri “Mismarı çəkicsiz vuranlar” və “Ani Save” komandası hesab olunublar. II yerin qalibi Star, III yerin qalibi isə “Qarabağ igidləri” və “Yaşıl həyat” komandaları olublar. Görüşün sonunda idarə heyəti tələbələrlə xatirə şəkili çəkdirib
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58