“Şərqşünaslıq fakültəsinin həvəskar yaradıcı şairləri”
7 May 2025 12:37

BDU-da ədəbi-bədii tədbir: “Şərqşünaslıq fakültəsinin həvəskar yaradıcı şairləri”
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Şərqşünaslıq fakültəsinin həvəskar yaradıcı şairləri” adlı ədəbi-bədii tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aydan Xəndan, gənclərin yaradıcı düşüncələrinin və sənətə olan maraqlarının fakültə üçün fəxrverici olduğunu bildirmişdir. O, tələbələrin yalnız elmi sahədə deyil, bədii və ədəbi istiqamətdə də inkişafının vacibliyini vurğulayaraq belə təşəbbüslərin davamlı olmasının əhəmiyyətini qeyd etmişdir.
Ədəbi tədbirdə fakültənin tələbələri — “Ərəb filologiyası” ixtisası üzrə III kursda təhsil alan Qüdrət Yusifli və “Regionşünaslıq” (Ərəb ölkələri üzrə) ixtisası üzrə II kursda təhsil alan Qoşqar Səmədov çıxış etmişlər. Yaradıcı gənc şairlər qələmə aldıqları şeirləri səsləndirərək müəllim və tələbə heyətinin böyük marağına səbəb olmuşlar. Gənc şair Qoşqar Səmədov tədbir iştirakçılarına şəxsi təşəbbüsü ilə çap etdirdiyi şeir kitabını hədiyyə etmişdir.
Tədbirdə Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə, fakültənin müəllim heyəti və çoxsaylı tələbələr iştirak etmişdirlər. Ədəbi ruhun yüksək olduğu bu görüşdə dekan Aydan Xəndan da qələmə aldığı bir neçə şeiri səsləndirmişdir.
Tədbirin sonunda tələbə-şairlərlə dəyirmi masa təşkil olunmuşdur. Bu müzakirələr zamanı gənc şairlər poeziyaya olan maraqlarının necə yarandığını, yazı prosesində yaşadıqları daxili duyğuları, şeir yazma ənənələrindən və ilham mənbələrindən danışmışlar. Tələbələr həmçinin müasir poeziya ilə bağlı fikirlərini bölüşərək oxucu ilə şair arasında bağın nə qədər vacib olduğunu vurğulamışlar.
“Şərqşünaslıq fakültəsinin həvəskar yaradıcı şairləri” adlı bu tədbir, tələbələrin yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, universitet daxilində ədəbi mühitin zənginləşdirilməsinə də mühüm töhfə vermişdir.
Son XƏBƏRLƏR
28.11.2025 | 12:39
“Müasir türk dünyası: şərqşünaslıq araşdırmalarında yeni elmi yanaşmalar”
26.11.2025 | 12:01
Tələbələrimiz “Müasir İncəsənət Muzeyi”ndə
25.11.2025 | 11:55
Vətəndaş cəmiyyəti quruculuğunda İslam həmrəyliyinin rolu
22.11.2025 | 13:22