Şərqşünaslıq fakültəsinin dekanı Elmi Konfransda
10 Oktyabr 2024 09:17

Şərqşünaslıq fakültəsinin dekanı professor Aida İmanquliyevanın 85 illik yubileyinə həsr olunmuş Elmi Konfransda məruzə ilə çıxış edib.
10 oktyabr 2024-cü ildə görkəmli şərqşünas-alim, Azərbaycan ərəbşünaslığında xüsusi mövqeyə malik, ərəb məhcər ədəbiyyatının Azərbaycanda ilk tədqiqatçısı, ölkəmizdə ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 85 illiyi münasibətilə AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Elmi Konfrans keçirilib. Konfransda elm ictimaiyyəti, görkəmli şərqşünasın davamçıları və digər qonaqlar iştirak ediblər. Çıxışçılar arasında BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan da yer alıb. Dekan Aydan Xəndan "Əzəliyyətdən əbədiyyətə axan nur" - "Aida İmanquliyeva ziyası" adlı məruzə ilə çıxış edib. Konfrans digər çıxışlarla işini davam etdirib.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36